Bazar, 28 Aprel

"Müharibə"nin yeni vaxtı elan olundu

image

Amerikanın məşhur “Politico” qəzetində Rusiya-Ukrayna münaqişəsinə dair yeni maraqlı təhlil dərc edilib.

Xəbər verilir ki, nəşr Moskvanın müharibəyə başlayacağı ehtimal edilən yeni tarixi açıqlayıb.
Məqalə müəllifi analitiklərin şərhlərinə istinadla iddia edir ki, guya Rusiya Ukraynaya fevralın 20-dən sonra hücuma başlaya bilər. Müharibənin başlanma tarixinin əvvəlcədən fevralın 16-da olacağını deməklə isə diqqət əsas tarixdən - 20 fevraldan bilərəkdən yayındırılıbmış.

- Rusiyanın fevralın 16-da Ukraynaya müdaxiləsi perspektivi həmişə çox yüksək qiymətləndirilib. Həqiqətən də diqqət yetirməyə dəyəcək qrafik isə 20 fevraldan sonra baş verənlər olacaq... Analitiklər bizə 16 fevral xəbərlərinin real müharibə tarixindən diqqəti yayındırdığını bildiriblər,- qəzet yazıb.Müəllif fevralın 20-dən sonrakı dövrün xüsusi diqqət çəkəcəyini iddia edərək qeyd edib ki, o zaman “soyuq müharibədən bəri ən böyük hərbi təlimlərin yekunlaşacağı gözlənilir. Hansı ki, Rusiya və Belarus liderləri qoşunlarının (rus qoşunları - red.) vətənə qayıdacağına söz veriblər".

Analitiklər qəzetə onu bildiriblər ki, fevralın 20-dən sonra Rusiya hərbi qüvvələrinin davranışları Moskvanın əsl niyyətini anlamağa kömək edəcək.

Nəşr yazır ki, bu tarixə xüsusi diqqət yetirmək üçün başqa ciddi səbəblər də var. Çünki Ukrayna prezidenti Vladimir Zelenskinin, ABŞ vitse-prezidenti Kamala Harris və ABŞ dövlət katibi Entoni Blinkenin iştirak edəcəyi Münhen Təhlükəsizlik Konfransı məhz həmin gün başa çatacaq.



Maraq üçün qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Politico"nun bundan öncə 16 fevralla bağlı proqnozunu şərh edərkən demişdi ki, bu cür məqalələri ciddi qəbul etmək olmur.

Qeyd edək ki, son aylar Qərb Rusiyanı Ukrayna ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham edir. Kreml və Rusiya Xarici İşlər Nazirliyi isə bütün ittihamları rədd edərək, Moskvanın Minsk razılaşmalarına əməl etməkdən imtina edən Kiyevdən fərqli olaraq, Ukraynaya aid münaqişədə iştirak etmədiyini və heç bir razılaşmanı pozmadığını vurğulayır.

NATO ölkələrinin ehtiyat etdiyi sərhədə toplananan 100 mindən çox rus hərbçinin bir hissəsinin genişmiqyaslı təlimlərdən sonra tədricən dislokasiya yerlərinə qayıtmasına baxmayaraq, hələ də Qərbdən Rusiyanın hərbi təxribatlar törədəcəyinə dair iddialar gəlməkdə davam edir.

Bazar ertəsi prezident Vladimir Putin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı da bu istiqamətdə konkret fikirlər sələndirildi. Müdafiə Naziri Putinlə görüşdə “təlimlərin bəzilərinin başa çatmaq üzrə olduğunu, bəzilərinin isə yaxın vaxtlarda yekunlaşacağını” bildirib. Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov isə çərşənbə axşamı jurnalistlərə bildirib ki, Cənub və Qərb hərbi dairələri qoşunları öz yerləşdirmə yerlərinə qaytarmağa başlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39